Buta airways endirimli biletler

Italiya Viza dəstəyi

VİZA ÖDƏNİŞLƏRİ


Viza rüsumu - 60AVRO
0-12 yaş arasında olan uşaqlar üçün (12 yaşa 1 gün qalmışa qədər) Təqaüdçülər üçün (təqaüd arayışı təqdim edildiyi halda) - Pulsuz

NZ Travel Club olaraq Viza dəstəyi xidməti göstəririk.
Viza dəstəyi xidmətinə daxildir:
Görüş üçün gün təyin edilməsi
Anket formasının doldurulması
Otelin bronlaşdırılması(Rəsmi təsdiq məktubu)
Tur proqramı təsdiqi
Aviabilet bronlaşdırılması

* Viza dəstəyi tərəfimizdən aparıldığı təqdirdə xidmət haqqı 50AZN-dir.

Tur paket alan müştərilərimiz üçün Viza dəstəyi pulsuz olaraq təqdim olunur.
Əraflı məlumat üçün 0125988787, 0504868777 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
WhatsAppla birbaşa əlaqə

LAZIMI SƏNƏDLƏR


Ərizə forması ərizəçi tərəfindən doldurulmalı və imzalanmalıdır.


Şəxsiyyət vəsiqəsi, nigah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamədən başqa Azərbaycan dilində olan bütün digər sənədlər italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.


DİQQƏT! Azyaşlılar üçün tələb olunan sənədlərin siyahısı ilə “Azyaşlı vətəndaşlar” bölməsində tanış ola bilərsiz.


1. Anket və 1 ədəd fotoşəkil


(ağ fonda 3×4-ə rəngli fotoşəkil) hər bir xana çap hərfləri ilə azərbaycan, ingilis və ya italyan dilində doldurulmalıdır. Ərizəçi qalacağı yerin ünvanını, telefonunu yazmalı və anketi imzalamalıdır. Ərizəçi azyaşlı olduğu halda müraciət anketini valideyni və ya qəyyumu imzalamalıdır. Ərizə forması Visametric İtaliya Viza Mərkəzindən ödənişsiz şəkildə əldə oluna və ya saytımızdan götürülərək çap edilə bilər.



2. DƏVƏT MƏKTUBU


İtaliya vətəndaşı və ya İtaliyada rəsmi yaşamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və dəvət edənin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birgə təqdim olunmalıdır:


• Dəvət edən İtaliya vətəndaşının pasportu və ya Şəxiyyət vəsiqəsinin surəti


• İtaliyada qanuni yaşayan xarici vətəndaşın yaşamaq üçün icazə vəsiqəsinin surəti (permesso di soggiorno)


Qohumlar isə,yuxarıda göstərilən sənədlərlə yanaşı qohumluq əlaqələrini təsdiq edən sənədlərin əsli və surətini təqdim etməlidirlər. (nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.)


VƏ YA

OTEL REZERVASİYASI ingilis və ya italyan dilində olmalıdır (otelin ünvanı, telefon nömrələri və rezervasiyaya daxil olan BÜTÜN ərizəçilərin adları göstərilməklə)


VƏ YA


KİRAYƏ MÜQAVİLƏSİNİN əsli və surəti, həmçinin kirayə haqqının ödənilməsini təsdiq edən sənəd. Kirayəyə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti də təqdim olunmalıdır. Ərizəçi digər Şengen ölkərində də qalmağı planlaşdırdığı halda müvafiq otel rezervasiyası təqdim etməlidir.


3. MƏŞĞULİYYƏT:


• İş yerindən arayış, ingilis dilində olmalıdır və şirkətin blankında yazılmalıdır, şirkətin ünvanı, telefon nömrəsi və şirkətin qeydiyyatı haqqında məlumatlar, işçinin şəxsi məlumatları, arayışın tarixi, iş yeri, məvacibi göstərilməlidir. Arayış azərbaycan dilində olduqda Notarial təsdiqli ingilis dilinə tərcümə olunmalı və ya Vizametrik İtaliya Viza mərkəzində tərcümə xidmətindən istifadə olunmalıdır. Arayışın etibarlılıq müddəti bir aydır.



Təqaüdçülər:


• Təqaüd kartının əsli və surəti



Şagirdlər və Tələbələr:


• Təhsil aldığı Təhsil Müəssisəsindən arayış (əgər ərizəçi akademik ildə viza istəyirsə o zaman səfər müddəti ərzində dərslərdən icazə kağızı təqdim etməlidir). Arayışın etibarlılıq müddəti 1 aydır.



Rəsmi iş yeri olmadığı halda

• Rəsmi iş yeri olmadığı halda səyahəti maaliyyəşdirən üçüncü şəxs xərcləri ödədiyi barədə Notarial qaydada tərcümə və təsdiq olunmuş ərizə təqdim etməli. Bundan əlavə üçüncü şəxsin iş yerindən arayışı şirkətin blankında yazılmalıdır, şirkətin ünvanı, telefon nömrəsi və şirkətin qeydiyyatı haqqında məlumatlar, işçinin şəxsi məlumatları, arayışın tarixi, iş yeri, məvacibi göstərilməlidir. Arayış ingilis dilində tərtib olunmalıdır. Arayış azərbaycan dilində olduqda Notarial təsdiqli ingilis dilinə tərcümə olunmalı və ya Vizametrik İtaliya Viza mərkəzində tərcümə xidmətindən istifadə olunmalıdır. Arayışın etibarlılıq müddəti bir aydır.Arayışın etibarlılıq müddəti bir aydır.



İtaliyada və Şengen ölkələrində planlaşdırılan qalma müddəti ərzində bütün xərcləri qarşılamaq üçün şəxsi maliyyə zəmanətləri:



Ərizəçinin adı, soyadı və kart nömrəsi göstərilməklə (istənilən valyutada) bank hesabının vəziyyəti barədə Bankdan arayışın əsli (etibarlılıq müddəti 1 ay)


Üzərində üçüncü şəxsin adı və soyadı olan kredit kartı təqdim olunduğu halda bankdan arayış əvəzinə balansı göstərilməklə bankomatdan qəbz (3 gün ərzində keçərlidir) göstərmək kifayətdir.


VƏ YA


BANK ZƏMANƏTİNİN (fidejussione bancaria) əsli və surəti.



5. Səyahət Sığortası


(əsli və surəti) Şengen zonasında keçərli olmalıdır. Tibbi sığorta İtaliyada səfər müddətini əhatə etməlidir və + 15 gün koridor olmalıdır. Sığortanın minimal məbləği 30,000 avro olmalıdır.



Səyahət sığortası birbaşa Visametric İtaliya Viza Mərkəzində də əldə oluna bilər



6. İtaliyaya gediş-dönüş bileti:



Dəqiq tarix göstərilməklə təyyarə, avtobus və ya qatar bileti.



VƏ YA


Avtomobillə səfər edildiyi halda


• Texniki passportun əsli və surəti


• Kasko sığortasının əsli və surəti


• Sürücülük vəsiqəsinin əsli və surəti


• Avtomobil icarəyə götürüldüyü halda icarə müqaviləsinin əsli və surəti



7. Maliyyə vəziyyətini təsdiq edən sənədlər (istəyə uyğun olaraq təqdim oluna bilər)


Daşınmaz əmlakın sənədləri və ya digər gəlir vasitələrini təsdiq edən sənədlər (əsli və surəti)


Bank depoziti



8. Pasportlar


• Milli pasportun məlumat olan səhifəsi və bütün Şengen vizalarının sürəti. Pasport vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır və pasportun verilmə tarixi 10 ildən gec olmamalıdır (Art. Visa Code 12). Bir girişli viza üçün müraciət etdikdə pasportda minimum 2 boş səhifə, çoxgirişli viza üçün isə minimum 3 boş səhifə olmalıdır. Tarixi uzadılmış pasportlar etibarlı deyildir.


• Bütün digər pasportlar: qüvvədə olan (Şengen vizası olan səhifələrin surətilə ) və müddəti bitmiş (Şengen vizası olan səhifələrin surətilə)


• Şəxsiyyət vəsiqəsi və surəti



Yuxarıda göstərilən bütün sənədlər viza almaq üçün müraciət etməyə lazım olan minimal siyahıdır. Bütün sənədlərin düzgün şəkildə təqdim olunması viza almağa qarantiya vermir. İtaliya səfirliyi və konsulluq hər bir şəxsdən zəruri olduğu halda əlavə sənəd tələb edə bilər.



Azyaşlı vətəndaşlar



18 yaşdan aşağı azyaşlılar(ümumvətəndaş pasportuna malikdirlərsə yaxud valideynlərinin pasportunda qeyd olunubsa) aşağıdakı sənədləri təqdim etməlidirlər:


• doldurulmuş və hər iki valideyn tərəfindən imzalanmış anket;


• valideynin və azyaşlının(ümumvətəndaş pasportuna malik deyilsə) ümumvətəndaş pasportunun surəti


• azyaşlının doğum haqqında şəhadətnaməsinin əsli və surəti. Azyaşlının valideynlərinin soyadları doğum haqqında şəhadətnamədəki kimi deyilsə, bu zaman soyadın dəyişməsini təsdiq edən sənədi təqdim etmək lazımdır;


• azyaşlı valideynlərdən biri ilə və yaxud başqa şəxslə səyahət edirsə, bu zaman azyaşlı ilə səyahət etməyən valideyndən yaxud hər iki valideyndən notarial qaydada təsdiqlənmiş razılığın alınması;


• azyaşlının səyahətinə razılıq verən valideynin şəxsiyyət vəsiqəsinin surəti;


• azyaşlı ümumvətəndaş pasportuna malik olduqda və uzunmüddətli vizaya müraciət etdikdə, hər iki valideyn notarial qaydada təsdiq olunmuş icazə ərizəsi təqdim etməlidir.


• valideynlərdən biri ölübsə yaxud valideynlik hüququndan məhrum edilibsə, bu zaman həmin sənədin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidir;


• Azyaşlının doğum haqqında şəhadətnaməsində atasının adı anasının təqdimatına əsasən qeyd olunubsa, onda qeydiyyat idarəsi tərəfindən verilən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti(nümunə 25) təqdim olunmalıdır;


• Azyaşlı artıq Şengen vizası olan biri ilə səyahət etdikdə həmin şəxsin ümumvətəndaş pasportunun şəxsi məlumatlar və viza olan səhifənin surəti təqdim olunmalıdır, bu zaman vizanın müddəti azyaşlının vizasının müddəti ilə eyni yaxud da ondan çox olmalıdır.



Maliyyə zəmanətləri



İtaliya ərazisinə daxil olmaq və orada qalmaq üçün zəruri maliyyə vasitələri və məbləğ (Avro ilə)


İtaliyada planlaşdırılan qalma müddəti ərzində şəxsi maliyyə zəmanətlərinin təmin olunması məqsədi ilə aşağıdakı sənədlər təqdim olunmalıdır:


Xaricdə qüvvədə olan Kredit kartı (əsli və surəti) və ərizəçinin adı, soyadı, atasının adı və kart nömrəsi göstərilməklə (istənilən valyutada) bank hesabının vəziyyəti barədə Bankdan arayışın əsli (bir ay ərzində etibarlıdır).


Ərizəçinin adı və soyadı üzərində olan kredit kartı təqdim edildikdə, bankdan arayış əvəzinə bankomat qəbzi (üç gün ərzində etibarlıdır) kifayət edir;


VƏ YA


cari bank hesabında qalıq göstərilməklə BANKDAN ARAYIŞ və son 3 ay müddətində HESAB ÜZRƏ HƏRƏKƏT (hesabdan çıxarış)


VƏ YA


BANK ZƏMANƏTİNİN (fidejussione bancaria) əsli və surəti;


VƏ YA


Azərbaycanda üçüncü şəxs tərəfindən verilmiş və səfər tarixi qeyd olunan NOTARİAL QAYDADA TƏSDİQ OLUNMUŞ SPONSOR ARAYIŞI, həmçinin sponsor qismində çıxış edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti və şəxsi maliyyə zəmanətləri.


«İki və daha artıq şəxslərdən hər biri üçün» sütunu multivizaya müraciət etmək üçün ETİBARLI DEYİL.


Səyahətin müddəti Bir nəfər ücün (Avro ilə) İki və daha artıq (Avro ilə)
1-5 gün: müəyyən olunmuş məbləğ 269,60 212,81
6-10 gün: bir nəfər ucün gündəlik 44,93 26,33
11-20 дней: müəyyən olunmuş məbləğ
+ bir nəfər ucün gündəlik
51,64
36,67
25,82
22,21
20 gün və daha artıq: müəyyən olunmuş məbləğ
+ bir nəfər ucün gündəlik
206,58
27,89
118,79
17,04


ŞƏKİL XÜSUSİYYƏTLƏRİ



  • Şəklin çəkilmə müddəti 6 aydan çox olmamalıdır

  • 35-45 mm ölçüsündə
    İşığı əks etdirməyən lövhə qarşısında
    Şəklin fonu açıq rəngdə olmalıdır
    Şəklin əsas hissəsini baş və çiyindən yuxarı nahiyə tutmalıdır beləki şəklin 70-80%-ni üz nahiyəsi təşkil etməlidir.
    Eynəksiz


ƏMƏLİYYAT MÜDDƏTİ


Sizin müraciətinizin cavabı və ya sizə viza verilmə prosesi minimum 7 gün müddətində olur.
NZ Travel Club
0125988787
0504868777
Nizami 182c, Bakı, Azərbaycan

Avropa turları

İspaniya Qrup Turu

Otel, Qidalanma, Transfer Sığorta

1250EUR

7 gecə / 8 gün Ətraflı Məlumat

Budapeşt Vyana Praqa turu

Otel, Qidalanma, Transfer Sığorta

589EUR

6 gecə / 7 gün Ətraflı Məlumat

Barselona Kosta Brava turu

Otel, Qidalanma, Transfer Sığorta

660EUR

7 gecə / 8 gün Ətraflı Məlumat