Litva Viza dəstəyi
VİZA ÖDƏNİŞLƏRİ
Viza rüsumu -
35AVRO
Administrativ xərcləri -
47AZN
0-12 yaş arasında olan uşaqlar üçün (12 yaşa 1 gün qalmışa qədər) Təqaüdçülər üçün (təqaüd arayışı təqdim edildiyi halda) -
Pulsuz
NZ Travel Club olaraq Viza dəstəyi xidməti göstəririk.
Viza dəstəyi xidmətinə daxildir:
Görüş üçün gün təyin edilməsi
Anket formasının doldurulması
Otelin bronlaşdırılması(Rəsmi təsdiq məktubu)
Tur proqramı təsdiqi
Aviabilet bronlaşdırılması
* Viza dəstəyi tərəfimizdən aparıldığı təqdirdə xidmət haqqı 50AZN-dir.
Tur paket alan müştərilərimiz üçün Viza dəstəyi pulsuz olaraq təqdim olunur.
Əraflı məlumat üçün
0125988787, 0504868777 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
WhatsAppla birbaşa əlaqə
LAZIMI SƏNƏDLƏR
Viza üçün tələb olunan sənədlər:
1.Xarici passport
Passportda turistin imzası olmalıdır;
Passportun etibarlılıq müddəti bitməməlidir;
Passportun etibarlılıq müddəti dönüş tarixindən sonra ən azı 3 ay müddətində qüvvədə olmalıdır;
Passportda ən azı iki təmiz vərəq olmalıdır;
Əgər passportda şübhəli nişanlar və ştamplar varsa, onların səbəbi dolğun şəkildə izah olunmalıdır;
18 yaşına çatmış hər bir şəxs passport təqdim etməlidir.
Əgər yeni passport alırsınızsa, bu halda köhnə istifadə olunmuş passportunuzu (və ya köhnə passportun vizalar olan səhifələrinin surətini) təqdim etməlisiniz.
2.Passportun, o cümlədən vizalar olan səhifələrinin surəti təqdim olunmalıdır
3.Iş yerindən arayış (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş)
Şirkətin blankında ünvanı, telefon nömrəsi və şirkətin adı daxil olmaqla:
-vəzifəniz;
-hansı tarixdən bu kompaniyada və ya şirkətdə işləməyiniz;
-əmək haqqınız qeyd olunmalıdır;
Işsizlər, tələbə və şagirdlərin təqdim edəcəkləri sənədlər:
-onların səfərini maliyyələşdirən şəxsin iş yerindən arayış;
-təqaüd və ya tələbə kartının surəti (şagirdlər üçün məktəbdən ərizə) (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş);
4. Ödəmə qabiliyyətini təsdiq edən sənədlər. Bank hesabında pulun mövcudluğu haqqında arayış (qaldığınız hər bir günə görə
100 AZN olmaqla) və son 3ayın bank hesabatı.
-müraciyyət edən şəxsin mülkiyyət hüququ barədə sübutu;
-öz gəliri olmayan şəxslər üçün: sponsor olan şəxsin maliyyə sübutu (iş yerindən arayış və bank bəyənatı) ilə bağlı notariusdan leqallaşdırılmış məktub;
- təqaüdçülər üçün: pensiya və ya digər müntəzəm gəlir sübutu;
- işsizlər üçün müntəzəm gəlirin hər hansı bir sübutu; bank kartının surəti.
5. Sənədlər verilən müddətdən maksimum 6 ay qabaq çəkilmiş aşağıdakı tələblərə cavab verən 2 ədəd eyni və rəngli fotoşəkil:
- hər bir şəklin ölçüsü 3,5 x 4,5 sm;
-yalnız ağ fonda;
-biometrik identifikasiya tələblərinə uyğun.
6. Ailəli şəxslər nikah haqqında şəhadətnamənin surəti təqdim etməlidirlər (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş)
7. 18 yaşına çatmamış uşaqlar valideyinlərinin biri ilə və ya 3cü şəxslə səfər etdikdə, valideyinin (valideyinlərinin) razılığı barəsində sənəd vacibdir. (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş);
Sənəddə qeyd olunmalıdır:
-səfərin planlaşdırıldığı ölkə, vəkalətnamənin müddəti (3 aydan artıq olmamalıdır).
8. Bir sıra xarici ölkələrin vətəndaşları Azərbaycanda xarici ölkələrin konsulluqlarına viza üçün müraciət edə bilərlər
Bu halda, aşağıdakı sənədlər təqdim olunmalıdır:
-yaşayış icazəsi haqqında ərizə (və ya onu əvəz edən sənəd), müraciyyət edərkən növbəti 6 aylıq yaşama icazəsi olmalıdır;
-iş yerindən arayış.
9. Anket forması səfirlik tərəfindən hazırlanır və turist tərəfindən imzalanır (18 yaşına çatmamış uşaqlar üçün anket formasını valideyinləri, 18 yaşını keçmiş uşaqlar isə şəxsən özləri imzalamalıdırlar). Anket forması səfirlik tərəfindən yalnız bütün punktlar doldurulduqdan sora qəbul edilir.
Diqqət! Bundan əvvəl Fransa səfirliyindən əldə edilən vizanın girişi digər hər hansı ölkədən olunubsa, bu hal vizanın verilməməsinə səbəb ola bilər.
Diqqət! Səfirlik viza üçün əlavə sənəd tələb etmək ixtiyarındadır.
ŞƏKİL XÜSUSİYYƏTLƏRİ
- Şəklin çəkilmə müddəti 6 aydan çox olmamalıdır
35-45 mm ölçüsündə
İşığı əks etdirməyən lövhə qarşısında
Şəklin fonu açıq rəngdə olmalıdır
Şəklin əsas hissəsini baş və çiyindən yuxarı nahiyə tutmalıdır beləki şəklin 70-80%-ni üz nahiyəsi təşkil etməlidir.
Eynəksiz
ƏMƏLİYYAT MÜDDƏTİ
Sizin müraciətinizin cavabı və ya sizə viza verilmə prosesi minimum 10 gün müddətində olur.
NZ Travel Club
0125988787
0504868777
Nizami 182c, Bakı, Azərbaycan