Avropa vizası - Şengen Vizası necə almaq olar?
Şengen vizası nədir?
Şengen(Schengen) vizası, Şengen bğlgəsi ölkələrindən hər hansısa birinə səyahət etməyə icazə verən vizadır.
Şengen vizası Avropa ölkələri üçün ən çox yayılmış vizadır. Şengen vizasını alan şəxlərhər hansı Şengen bölgəsi daxilində sərbəst səyahət hüquqna malik olurlar. Şengen ərazisində ölkələr arası gömrük və sərhəd məntəqələri yoxdur.
Şengen vizası üçün lazım olan sənədlər hansılardır?
- Xarici pasport (səfərinizin qayıdış tarixindən sonra 3 aydan az olmamaq şərti ilə etibarlılıq müddəti)
- Gediş və dönüş biletlərinin bronu
- İş yerindən və ya oxuduğunuz təhsil müəssisəsindən arayış
- Səfər üçün lazım olan xərcərin tam ödənəcəyinin sübutu və ya bankdan arayış
- Səfər zamanı qalacağınız otel və ya otellərin vaucheri
- Biometrik şəkil (3,5*4,5)
- Hazır ərizə forması
- Səyahət sığortası
- Şəxsiyyəti təsdiq edən sənədin və xarici pasportun sürrəti
- Son üç il ərzində aldığınız Şengen vizanın(-ların) sürəti (əgər varsa)
Tələb oluna biləcək əlavə sənədlər:
- Ali və orta təhsil müəsisəində təhsil alan tələbə və şagirdlərin həmin təhsil müəsisəsində oxuduğuna dair arayış
- Evlisinizsə nikah haqqında şəhadətnamənin tərcümə və natariusda təsdiq edilmiş sürəti
- 18 yaşına çatmamış övladlarınızın doğum haqqında şəhadətnaməsi tərcümə və natariusda təsdiq edilmiş sürəti
Əlavə sənəd olaraq adınıza olan daşınan və daşınmayan əmlaklarınızın sənədlərini təqdim edə bilərsiniz.
Vacib: Xarici pasport və şəxsiyyət vəsiqəsindən başqa Konsulluq bölməsinə təqdim olunmuş bütün sənədlər ingilis dilində, əgər deyilsə İngilis dilinə tərcümə olunmuş və notariat təsdiq ilə olmalıdır.
Əgər şəxsin gəliri yoxdursa ona yaxınlıq əlaqəsi olan hər hanslsa şəxs sponsor ola bilər. Bu halda Sponsor olan şəxsin gəlirlərinin mənbəyi (iş yerindən arayış və ya VÖEN), bank hesabından arayış təqdim olunmalıdır.
Əraflı məlumat üçün
0125988787, 0504868777 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
WhatsAppla birbaşa əlaqə
LAZIMI SƏNƏDLƏR
Viza üçün tələb olunan sənədlər:
1.Xarici passport
2.Viza rüsumunun ödənilməsini təsdiq edən sənəd
3.Gediş-gəliş biletinin bronu
4.İş yerindən/Təhsil müəssisəsindən arayış
5.Bankdan arayış/Yaşayış xərclərinin ödənəcəyinin sübutu
6.Mehmanxana sifarişinin təsdiqi/Dəvət məktubu
7.Şəkil 3.5x4.5
8.Ərizə forması
9.Şəxsiyyət vəsiqəsi
10.Səyahət sığortası
ŞƏKİL XÜSUSİYYƏTLƏRİ
- Şəklin çəkilmə müddəti 6 aydan çox olmamalıdır
35-45 mm ölçüsündə
İşığı əks etdirməyən lövhə qarşısında
Şəklin fonu açıq rəngdə olmalıdır
Şəklin əsas hissəsini baş və çiyindən yuxarı nahiyə tutmalıdır beləki şəklin 70-80%-ni üz nahiyəsi təşkil etməlidir.
Eynəksiz
ƏMƏLİYYAT MÜDDƏTİ
Sizin müraciətinizin cavabı və ya sizə viza verilmə prosesi 5-15 iş günü müddətində olur.
NZ Travel Club
0125988787
0504868777
Nizami 182c, Bakı, Azərbaycan